RU

İran Prezidenti azərbaycanlılar üçün "Heydərbabaya salam"ı dedi (VİDEO)

İran Prezidenti azərbaycanlılar üçün "Heydərbabaya salam"ı dedi (VİDEO)İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam"ından bir parça şeir söyləyib.

Qaynarinfo xəbər verir ki, o, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib.

"Şəhriyarın çox şeirləri var. Amma "Heydərbabaya salam" bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm", - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.

M.Pezeşkianın şeir dediyi həmin görüntüləri təqdim edir:

Избранный
1
7
sonxeber.az

10Источники