RU

Müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarları Vahid Məhkəmə Portalında yerləşdirilib

Bakı. Trend:

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın“Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsindəVahid Məhkəmə Portalındamüflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəməqərarları yerləşdirilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

“Anonimləşdirilmiş qərarlar” bölməsində qərarın ili, məhkəməninadı, işin növü, məhkəmə aktı və hakim barədə məlumatlar əks olunub.Bununla yanaşı, bölmədə qərarı seçərək sənədə baxış, işin mahiyyətivə nəticə ilə tanış olmaq, həmçinin sənədlərin yüklənməsimümkündür.

Qərarlarla linkəkeçid edərək tanış olmaq olar.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrəKomissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyiƏdliyyə Nazirliyi həyata keçirir.

Məqalədə:
Избранный
3
12
az.trend.az

10Источники