RU

Deputatlardan kuryerlərlə bağlı təklif: Bu qadağalar gəlir

Rusiya parlamentariləri kuryerlərə yeni qadağa ideyası ilə Nəqliyyat Nazirliyinə müraciət ediblər.

Publika.az xəbər verir ki, söhbət, təkcə onların sürətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqdan yox, həm də insanların sıx olduğu küçələrdə və parklarda hərəkətin tamamilə qadağan edilməsindən gedir.

Bu barədə “Yeni Xalq” partiyasının lideri Aleksey Neçayev “RİA Novosti”yə müsahibəsində danışıb. Deputatlar bildirilər ki, çatdırılma işçiləri 10 km/saatdan çox sürətlə hərəkət edə bilən avtomobillərdən istifadə etməməlidirlər. Millət vəkilinin sözlərinə görə, əhali bu sektorda çalışan işçilərin yüksək sürətlə hərəkət edərək təhlükə yaratmasından şikayətlənir.

Hazırda ölkədə kuryerlərin davranışı bütün ağlabatan qaydalardan kənara çıxır. Onlar piyadalara, o cümlədən uşaq arabası olan analara məhəl qoymadan səkilərlə tələsirlər. Neçayev vurğulayıb ki, növbəti qəza gözləmədən bunun dərhal dayandırılması lazımdır.

Избранный
5
publika.az

1Источники