Bakının Nəsimi rayonunda qadın xuliqanlıq zəminində döyülüb. Anews,az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının yaxınlığında, Azadlıq prospektində qeydə alınıb. Naməlum şəxs Bakı sakini, 1984-cü il təvəllüdlü Leyla İsmayılovanı döyərək hadisə yerindən qaçıb. Bundan sonra zərərçəkmiş polisə müraciət edib. Faktla bağlı Nəsimi RPİ-nin 22 Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.www.anews.az Xuliqanlıq Polis Araşdırma Qadına Qarşı Metronun Qarşısı