RU

İNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verdi (FOTO)

Bakı. Trend:

İNTERPOL Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarlaFransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesabedərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı Bülleten”)ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzvdövlətlərə bildirişlər göndərib.

Trend xəbərverir ki, qərarın əsası Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Məlum olduğu kimi, Fransa Prezidentinin Mühafizə Xidmətininsabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarladövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz(hazırda Azərbaycandadır, məsuliyyətə cəlb olunub) 2018-ci ildəAzərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinəqarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdardarüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmişməqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdanrüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli“Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özününsanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin birhissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və AleksandrBenallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabınaköçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.DerrazAzərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağaqoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlıİNTERPOL-a müraciət olunub.

İNTERPOL-un Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiqrəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice”(“Qırmızı Bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-ninəlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbərverir. “Qırmızı Bülleten” şəxsin olduğu ölkədə tutulmasını vəbarəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur.A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinəcəlb edildiyi məlumdur.

Yaxın vaxtlarda Bakıda saxlanılan A.Derrazla bağlı aparılancinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaqbeynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağıgözlənilir.

İNTERPOL
İNTERPOL
Избранный
3
49
az.trend.az

10Источники