RU

Putinin daha bir yalanı üzə çıxdı: Kurskda daha bir qrup Rusiya hərbçisi məhv edildi və...-VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Rusiyanın Kursk vilayətində tapşırıqları uğurla yerinə yetirməkdə davam edir.

Moderator.az "UNİAN"-a istinadla xəbər verir kii, XƏQ-in məlumatına görə, yalnız şənbə günü, aprelin 26-da Kursk vilayətindəki 73-cü mərkəzin bölmələri xüsusi əməliyyatlar zamanı Rusiya Silahlı Qüvvələrinin 810-cu dəniz piyada briqadasının bütöv bir qrupunu məhv edib.

"Nəticədə XƏQ əməliyyatçıları iki düşmən əsgərini də təslim olmağa məcbur ediblər. XƏQ əsgərləri bir hərbi əsiri xərəkdə təhlükəsiz yerə təxliyyə edib, digəri isə özü yeriyib", - məlumatda deyilir.

Eyni zamanda XƏQ Ukrayna əsgərlərinin əməliyyat yerində çəkilmiş videosunu nümayiş etdirib.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki durumu haqda:
 
Xatırladaq ki, aprelin 27-də Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı hərbçilərin Rusiyanın Kursk və Belqorod vilayətlərində qaldığını açıqlamışdı:
 
“Hərbçilərimiz Kursk və Belqorod vilayətlərinin müəyyən ərazilərində fəal müdafiə əməliyyatlarını davam etdirir”.
 
Ötən gün Rusiya Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən “azad edilməsi” barədə məlumat yayıb. Putin guya Ukraynanın “avantürasının tam iflasa uğradığını”, Ukrayna Silahlı Qüvvələrinin böyük itkilər verdiyini, habelə Rusiya qoşunlarının “və cəbhənin digər mühüm ərazilərində” gələcək fəaliyyətləri üçün yaradılan şəraiti açıqlayıb.

 

 
Избранный
13
moderator.az

1Источники