Bakı. Trend:
Şükürlər olsun ki, 32 ildən sonra biz öz torpaqlarımıza - doğmaXocalıya qayıdırıq.
Bunu Trend-əaçıqlamasında Xocalı sakini Aftandil Səmədov deyib.
Onun sözlərinə görə, 33 yaşında tərk etdiyi Xocalıya ailəsi iləqayıdır.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,qazilərimizə cansağlığı versin. Biz yenidən Xocalını canlandırmaq,yenidən qurub yaşamaq istəyirik", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40mindən çox insan yaşayır.