"Sabah" Misli premyer-liqasının 32-ci turunda evdə "Qarabağ"la heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Bu gün komandaların ifasında kəskin hücumlar şəraitində keçən oyunun şahidi olduq. Qısası, bu gün bir xala layiq idik.
- Kubokun finalında da "Qarabağ"la qarşılaşacaqsız. Müəyyən qeydlər apardız?
- Təbii ki, bunu etdik. Kubokun finalı bir oyundan ibarətdi. Bu üzdən, hər şey baş verə bilər. Amma biz "Qarabağ"ı finalda favorit hesab edirik. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan. Rəqiblər barədə müəyyən qeydlərin olur.
- Özünüzü finalda "Qarabağ"ı udacaq gücdə hesab edirsiz?
- Əlbəttə. Bundan qabaqkı sualda bu haqda danışdım. Finalda hər şey ola bilər. Bəli, "Qarabağ" favoritdi. Amma biz güclü tərəflərimizi bilirik. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, postunuzda qalacaqsız, yoxsa gedəcəksiz?
- Gələcəklə bağlı heç nə deyə bilmərəm. Klub rəhbərliyi bu barədə mənimlə birlikdə qərar verəcək.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта