RU

Bundesliqa: “Verder”lə “Boxum” evdə xal itirdilər

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Verder” – “Sankt Pauli” matçında qapılara qol vurulmayıb. “Boxum” – “Union Berlin” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, Bundesliqanın geridə qalmış 31 turundan sonra 75 xala malik “Bayern” vahid liderdir. Ötən mövsümün qalibi “Bayer” hazırda 67 xalla ikinci, “Ayntraxt” 55 üçüncü, “Frayburq” 51 xalla dördüncü, “Leypsiq” 49 xalla beşinci, Dortmund “Borussiya”sı 48 xalla altıncıdır.

Almaniya, Bundesliqa
31-ci tur

25 aprel

Ştutqart – Haydenhaym 0:1
Qol: Honsak, 89.

26 aprel

Bayer – Auqsburq 2:0
Qollar: Şik, 13. Buendiya, 45+1.

Bayern – Maynts 3:0
Qollar: Sane, 27. Olise, 40. Dayer, 84.

Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Qollar: Hlojek, 61. Kaderabek, 90+1 – Girassi, 20. Brandt, 74. Anton, 90+5.

Holştayn – Borussiya (Mönhenqladbax) 4:3
Qollar: Maçino, 15; 90+1. Bernardsson, 23. Giqoviç, 76 – Çvançara, 60. Plea, 69. Honorat, 86.

Volfsburq – Frayburq 0:1
Qol: Rozenfelder, 49.

Ayntraxt – Leypsiq 4:0
Qollar: Knauf, 21; 53. Ekitike, 67. Kox, 71.

27 aprel

Boxum – Union Berlin 1:1
Qollar: Bero, 68 – Hollerbax, 17.

Verder – Sankt Pauli 0:0

Избранный
8
arena.az

1Источники