RU

Lavrov Braziliyaya getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin aprelin 28-29-da keçiriləcək genişmiqyaslı görüşündə iştirak etmək üçün Braziliyaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, qarşıdan gələn görüş beynəlxalq gündəmdəki aktual məsələlərin, böhran və münaqişələrin həlli, qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi perspektivlərinin əsaslı və dərin müzakirəsi üçün yaxşı fürsət olacaq.

Onun sözlərinə görə, diplomatlar həmçinin BRICS liderlərinin razılaşmalarının icrasının gedişatını müzakirə edəcək və strateji tərəfdaşlığın inkişafı üçün gələcək addımları qeyd edəcəklər.

Избранный
4
publika.az

1Источники