Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibəsi zamanı jurnalistin dövlət başçısına "Əslində, mən Çinə kəmər və yol vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur" deyərək haqqında bəhs etdiyi gəncin kimliyi hamıda maraq doğurub. “Xəzər Xəbər” həmin gənci taparaq onunla söhbətləşib.
Xezerxeber.az-ın məlumatına görə, həmin şəxs - Tağı Məmmədovdur.
"Orta məkəbdə bəzən zəif nəticələr göstərəndə, atam həmişə deyirdi ki, eybi yox, bu ki ölüm deyil, bu gün olmadısa, sabah olacaq, daha yaxşı nəticə göstərəcəksən",- deyir Tağı Məmmədov. İndi isə Prezident İlham Əliyevin Pekində Çin telekanalına müsahibəsi zamanı jurnalistin dövlət başçısına haqqında danışdığı həmin o uğurlu tələbədir.
Tağı Məmmədov bildirir ki, həm magistr, həm də doktorantura təhsili dövlət hesabına qarşılanıb və təqaüd alıb. Universitetlərə qəbul olunmasında isə yaxşı nəticələr göstərməsilə yanaşı, könüllü proqramlarına qoşulmağının böyük köməyi var:
“Artıq 2 ildən çoxdur ki, Çində yaşayıram və burada təhsil alıram. İlk magistr təhsilimi Pekin Texnologiyalar Universitetində almışam. Hazırda isə doktorantura təhsilimi Canq Su Univeristetində alıram”.
Tağı Məmmədov hazırda təhsil aldığı universitetin ən gənc doktorantıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: