RU

Ukraynalı dünya çempionu oğurluq etdi, həbs olundu

BAKI, 27 aprel. TELEQRAF

Orta çəki dərəcəsində məşhur boksçu Evgeni Xitrov həbs olunub.

Teleqraf "SVOI Krivoy Roq"a istinadən xəbər verir ki, ukraynalı boksçu Krivoy Roq şəhərinin girişində hüquq mühafizə orqanlarının əməkdaşlı tərəfindən saxlanılıb.

36 yaşlı keçmiş boksçu kənd təsərrüfatı müəssisələrində oğurluqda iştirakda şübhəli bilirlər. Bu işlərdən birindən sonra o və şəriki həbs edilib.

Xitrov peşəkar rinqdə 22 döyüş keçirib, 20-də qalib gəlib (17-si nokautla), 2-də isə məğlub olub. O, 2012-ci il London Olimpiadasında iştirak edib və 1/8 finalda britaniyalı Entoni Oqoqoya məğlub olub. Xitrov 2011-ci ildə dünya çempionu, 2013-cü ildə Avropa çempionatının bürünc mükafatçısı, 2010-da Avropa kubokunun qalibi və 2009-2011-ci illərdə Ukrayna çempionatının çempionu və medalçısı olub. O, Ukraynanın əməkdar idman ustasıdır.

Qeyd edək ki, Evgeni Xitrov hazırda Krivoy Roqda boks federasiyasının prezidenti vəzifəsini tutur və KB-75 boks klubunda məşqçi işləyir.

Избранный
4
teleqraf.com

1Источники