RU

Bruno Gimarayns üçün dünyanın ən yaxşı futbolçusu

“Nyukasl”ın 27 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi Bruno Gimarayns dünyanın ən yaxşı futbolçusu haqda qənaətini açıqlayıb.

Arena.az braziliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Mən Lionel Messiyə, Kristiano Ronaldoya, Neymara qarşı oynamışam… Mən Messini seçirəm”, deyə Gimarayns kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini başa düşməyə imkan verib.

Xatırladaq ki, Bruno Gimarayns 2022-ci ilin yanvarından “Nyukasl”ın uğurları üçün çalır. Premyer Liqa təmsilçisi onu 42,1 milyon avro qarşılığına Fransanın “Olimpik” (Lion) klubundan alıb. 27 yaşlı futbolçunun İngiltərə klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi mövcuddur. Yarımmüdafiəçi indiyə qədər bu komandanın heyətində 150 oyuna çıxıb, 21 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub.

Bruno Gimarayns daha öncə Lion “Olimpik”indən başqa “Atletiko Paranaense” və “Audaks” klublarının da formasını geyinib. O, 2020-ci ilin noyabr ayında debüt etdiyi Braziliya milli komandasında 33 oyun keçirib, 1 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Избранный
13
arena.az

1Источники