İranın Bəndər Abbas liman şəhərində yanğın yenidən başlayıb.
KONKRET.az xəbər verir ki, bunu “Fars” agentliyinə Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.
“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, – deyə İran rəsmisi bildirib.