RU

Pike yeni sevgilisindən də ayrılıb?

Öz dönəminin önəmli müdafiəçilərindən olan və tez-tez şəxsi həyatı ilə də gündəmə gələn Xerar Pikedən yenə maraqlı xəbər var.

3 il öncə “Barselona” və İspaniya yığmasının sabiq müdafiəçisinin 12 illik həyat yoldaşı Şakiradan ayrılması çox böyük qalmaqala çevrilmişdi. Pike o vaxt bütün bu həngaməni Klara Çia adlı xanıma görə qoparmış və iki övladının anasından məhz bu xanıma görə ayrılmışdı. Klara Çianın Şakiradan 20 yaş kiçik olması diqqəti çəkmişdi. Ünlü müğənninin bu ayrılığa aid çəkdirdiyi klip böyük populyarlıq qazanmışdı.

Ancaq son məlumatlara inansaq, Pike artıq yeni “oyuncağına” da marağı itirib və 3 ildən sonra onunla ayrılmaq qərarına gəlib. Bu məlumatı “Telecinco” kanalında yayınlanan “Vamos a ver” verilişinin aparıcısı Adriana Dorronsoro paylaşıb. O, verilişdə bunları deyib:
“Aldığım son məlumata görə Pike ilə Klara Çia artıq ayrılıblar. Hətta bu faktı başqa bir mənbədən də dəqiqləşdirmişəm. İndi isə ayrılığın səbəbini dəqiqləşdirməyə çalışıram. Bildiyimə görə, bu məsələ üçüncü şəxslərə görə baş verib. Amma məlumat yüz faiz dəqiq deyil. Sadəcə, son aylarda onların münasibətlərinin qaydasında olmaması barədə çox söz-söhbət dolaşırdı. Bir ay öncə Pikeni Mayamidəki kafelərdən birində başqa bir xanımla görmüş, hətta onların şəklini də çəkmişdilər. Ayrılığın bununla bağlı olub-olmadığını bilmirəm. Amma Pike ilə Klara Çianın artiq bilrikdə olmaması faktı dəqiqdi”.

Aparıcının sözlərinə görə, o, bu məlumatı ikiliyə çox yaxın olan bir şəxsdən öyrənib. Ancaq dünən “Marka” nəşri taməks bir xəbərlə oxucuların qarşısına çıxıb. Nəşr bu məlumatı dəqiqləşdirməyə çalışıb və Pike ilə Klara Çianın ayrılmadığını iddia edib. Xəbərdə qeyd olunub ki, bu məlumat Pikeyə yaxın olan şəxslərdən biri tərəfindən ötürülüb.

Xatırladaq ki, 2022-ci ildə futbolla vidalaşan Pike “Barselona”nın yetirməsidi və karyerasının böyük hissəsini bu klubda keçirib. O, Kataloniya nəhəngi ilə 3 ÇL daxil olmaqla 30 titul, eləcə də İspaniya yığması ilə dünya və Avropa çempionluğunu qazanıb.
Избранный
9
football-plus.az

1Источники