RU

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəYevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi barədəməlumat daxil olub.

Trend-inməlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.

Məlumatda qeyd edilib ki, hadisə ilə əlaqədar FHN-nin AranRegional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlbolunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,"Honda" markalı minik avtomobili yol kənarındakı dəmir maneəyəçırpılıb və nəticədə 1 nəfər avtomobildə sıxılmış vəziyyətdəqalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində həmin şəxsdeformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcilitibbi yardım briqadasına təhvil verilib.

Избранный
10
az.trend.az

1Источники