RU

Kanadada avtomobil izdihamın üzərinə hərəkət etdi

Kanadanın Vankuver şəhərində avtomobilin küçə festivalındakı izdihamın üzərinə sürülməsi nəticəsində bir neçə nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Vankuver polisi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Hadisə yerli axşam saatlarında baş verib. Qeyd olunur ki, sürücünün yolsuzluq avtomobilini festivaldakı insanların üzərinə sürüb, çoxsaylı xəsarət alanların da olduğu deyilir. Sürücü daha sonra polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları insidentin səbəbləri və saxlanılmış sürücünün mümkün motivləri barədə məlumat vermir.

Festival iştirakçılarının çoxunun Filippindən olduğu bildirilir.

Избранный
13
50
avtosfer.az

10Источники