RU

Şimali və Baltikyanı ölkələr İsveç CV90 piyada döyüş maşınlarının təxminən üçdə birini Litvada yığacaq

Bakı. Trend:

Şimali və Baltikyanı ölkələrin almaq niyyətində olduğu İsveçCV90 piyada döyüş maşınlarının təxminən üçdə birinin Litvadayığılması planlaşdırılır.

Trend xəbər verirki, bunu Litvanın baş naziri Qintautas Paluçkas deyib.

Baş nazirin sözlərinə görə, ilkin razılaşmaya əsasən, CV90piyada döyüş maşınlarının təxminən 30 faizi Litvada yığılacaq."Litva müəssisələri təchizat zəncirinə daxil olacaq", – deyəPaluçkas əlavə edib.

Şimali və Baltikyanı ölkələr ümumilikdə minə yaxın piyada döyüşmaşını almağı planlaşdırır. Litva bu alqıdan təxminən yüz maşınalacaq və Litva müəssisələrinin istehsalda geniş şəkildə iştiraketməsi gözlənilir.

Paluçkas həmçinin, İsveç müdafiə sənayesinin Litvada silahfabrikləri tikmək təklifini nəzərdən keçirdiyini bildirib. Butəklifdə bəzi müdafiə zavodları və fabriklərinin ölkədə qurulmasıvə istehsalın bir hissəsinin Litvada qalması planlaşdırılır.

Избранный
12
az.trend.az

1Источники