Xarici İşlər Nazirliyi Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib.
Rəsmi təbrikdə qeyd olunur:
“Cənubi Afrika Respublikasının Milli Günü münasibətilə bu ölkənin hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə sizə sülh, rifah və davamlı inkişaf arzulayırıq.”
Qeyd edək ki, Cənubi Afrikada hər il 27 aprel tarixində Azadlıq Günü qeyd olunur. Bu gün 1994-cü ildə apartheid rejiminin rəsmi olaraq sona çatdığı və ilk demokratik seçkilərin keçirildiyi gün kimi tarixə düşüb.