RU

Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub (FOTO)

Bakı. Trend:

Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq BaxşıFestivalının açılış mərasimi keçirilib.

Trend xəbər verirki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı,UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramınadünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri,baxşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatınınbiliciləri qatılıb.

Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziriOzodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli,TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsiFondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq TürkAkademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli DövlətlərinParlament Assambleyasının baş katibi Mehmet Süreyya Er,Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirininmüavini Gülbara Abdukalıkova və başqa şəxslər iştirak ediblər.

Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festivaliştirakçılarına müraciəti oxunub. Müraciətdə deyilir:

“Festivalımızın beynəlxalq nüfuzu durmadan artır. Budəfəkifestivalın Şərqin mirvarisi olan Xarəzm vilayətində keçirilməsi onaxüsusi əhəmiyyət verir. Bu bölgənin musiqi məktəbi çox qədim vəzəngin tarixə malikdir. Bu müqəddəs torpaqda KurbonnazarAbdullayev, Qələndər baxşı – Ruzimboy Normatov, AbdullaKurbonnazarov, Etmişboy Abdullayev və digər bu kimi parlaq səsəmalik sənətkarlar yetişib”.

Sonra Özbəkistan incəsənət ustaları və Xarəzm vilayətiartistlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri ifaedilib.
Qeyd edək ki, festival çərçivəsində aprelin 26-da II Türk DünyasıMədəniyyət Forumu da keçirilib. Azərbaycanın mədəniyyət naziri AdilKərimli forumda çıxış edib.

Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı olacaq,qaliblər mükafatlandırılacaq.

Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Xivə
Избранный
0
3
az.trend.az

5Источники