Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduyasəfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Trend xəbər verirki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarınıNepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasındadostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.
COP29 zamanı Bakıya səfər etdiyini xatırladan prezidentRamçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşününtarixini əhəmiyyətini qeyd edib və aparılan müzakirələrinölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıralayihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsindəxüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi,eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyinibildirib.
Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin eyni zamandasosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.
Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədənhumanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatəetməsinin vacibliyi vurğulanıb.
Prezident Ramçandra Paudel Azərbaycan və Nepal arasındaəlaqələri, o cümlədən Heydər Əliyev Fondunun fəaliyyətini yüksəkqiymətləndirərək, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.