RU

Azərbaycanlı hücumçu Braziliya çempionatının finalında çıxış edəcək

Polina Rəhimova Braziliya çempionatının finalında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, yarımfinal seriyasının üçüncü oyununda Azərbaycan voleybolçusunun komandası "Osasko" "Minas"a 3:0 hesabı ilə qalib gəlib.

Hücumçu 4 xal toplayıb.

Seriyaya məğlubiyyətlə başlayan "Osasko" daha sonra ardıcıl iki oyunda qalib gələrək finala vəsiqə qazanıb.

Komanda final seriyasında Rəhimovanın Braziliyada debüt mövsümündə çıxış etdiyi "Sessi Bauru" ilə qarşılaşacaq.

Избранный
26
49
sportinfo.az

10Источники