"Barselona" İspaniya Kral Kubokunun finalında "Real Madrid"i məğlub edərək, kuboku qazanıb.
Offsideplus.az xəbər verir ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşdığından qarşılaşmaya əlavə vaxt təyin edilib. Əlavə edilən dəqiqələrdə "Barselona" rəqib torunu bir dəfə silkələyib və bu, qələbəyə kifayət olub: 3:2.
Beləliklə, Kataloniya təmsilçisi tarixində 32-ci dəfə Kral Kubokuna sahib çıxıb.
İspaniya Kral Kuboku, final
"Barselona" - "Real Madrid" 3:2
Qollar: Pedri, 28. Ferran Torress, 84. Jül Kunde, 116. - Kilian Mbappe, 70. Aurelien Çuameni, 77.