RU

McDonald's Rusiyaya qayıdır?

BAKI, 27 aprel. TELEQRAF

"McDonald's"ın Rusiya bazarına qayıtmaq planları yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı şirkət nümayəndələrinə istinadən məlumat yayıb.

"McDonald's" fast food restoranlar şəbəkəsinin özünün öz ticarət nişanını Rusiyada qeydiyyatdan keçirmək üçün Rospatentə müraciət etdiyi məlum olub. Şirkət bunu markadan icazəsiz istifadənin qarşısını almaq üçün etdiyini açıqlayıb.

"McDonald's müntəzəm olaraq bütün dünyada, hətta şirkətin fəaliyyət göstərmədiyi ölkələrdə də öz ticarət nişanlarına sahiblik hüququnu yeniləyir", - şirkət sözçüsü bildirib.

Избранный
28
teleqraf.com

1Источники