RU

İspaniya kubokunun sahibi "El Klasiko"da müəyyənləşir - YENİLƏNİR

Bu gün İspaniya kubokunun final matçı keçirilir.

İdman.biz xəvə verir ki, həlledici oyunda "Barselona" və "Real" komandaları qarşılaşır.

İspaniya Kral kubokunun finalında 11 illik fasilədən sonra "El Klasiko" baş tutacaq. Bu tərəflərin 8-ci belə görüşü olacaq. Əvvəlki finallarda "Real"ın 4, "Barsa"nın isə 3 qələbəsi var. 2011 və 2014-cü illərdəki son qarşılaşmalarda da Madrid klubu qalib gəlib (1:0, 2:1).

Rəqiblərin bu mövsüm La Liqa və İspaniya Super kubokunda keçirilən iki qarşılaşmasında "Barsa" böyük hesablarla qalib gəlib - müvafiq olaraq, 4:0 və 5:2.

Qeyd edək ki, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə gecə 00:00-da start götürəcək.

İspaniya kuboku
Final
26 aprel

00:00. "Barselona" - "Real" - 0:0

İdman.biz

Избранный
14
32
idman.biz

10Источники