RU

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində rus dənizçilər yaralandı

BAKI, 26 aprel. TELEQRAF

ABŞ-nin Qırmızı dəniz sahilində Yəmənin Ras İsa neft limanına endirdiyi zərbə nəticəsində üç rus dənizçisi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin xarici işlər naziri Camal Əmir "X" sosial şəbəkəsində bildirib.

“Dünən Amerikanın zərbəsi Ras-İsa limanında neft yükünün boşaldılmasının qarşısını almağa yönəlmişdi. Nəticədə Roman Kaşpur, İqor Kazaçenko və Artem Vanin yaralanıb", - o açıqlayıb.

Rus dənizçiləri Yəmən sahil mühafizəsi tərəfindən xilas edilib.

Избранный
11
teleqraf.com

1Источники