Novak Cokoviç Monte-Karlodan sonra Madriddə də ilk oyundaca mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi bu dəfə Matteo Arnaldiyə məğlub olub - 3:6, 4:6

Cokoviç daha öncə "Madrid Masters"də 3 dəfə qalib olmuşdu. O, bu il heç biri turniri qazana bilməyib.

Arnaldi növbəti mərhələdə bosniya-herseqovinalı Damir Cumhurla qarşılaşacaq.

Turnirin final görüşü mayın 4-də keçiriləcək.