Müəyyən meyvə və tərəvəzlərdən maksimum fayda əldə etmək istəyirsinizsə, onların qəbulunun bir neçə sadə qaydalar var.
Bizim.Media xəbər verir ki, qida mütəxəssislərinin fikrincə, yaşıl çiyələk yarpaqları atılmamalıdır, çünki onların tərkibində giləmeyvənin tərkibində olan qədər faydalı vitaminlər var.
Çiyələyin üzərindəki yaşıl yarpaq antioksidant olan polifenollarla zəngindir. Bundan əlavə, həmin yarpaqlarda C vitamini, həmçinin maqnezium və lif kimi faydalı qida maddələri var.
Almalara gəlincə, mütəxəssislər onların çəyirdək (toxum) hissəsini də yeməyi tövsiyə edirlər.
Belə ki, almada olan bağırsaq üçün faydalı bakteriyaların və ya probiyotiklərin əksəriyyəti meyvənin özündə və ya qabığında deyil, məhz toxum hissəsində toplanır.
Həkimlər brokkolinin gövdəsi ilə yanaşı, çiçəkləri də yeməyi tövsiyə edirlər. Brokolinin çiçəklərində daha çox A vitamini olsa da, gövdəsi digər qida maddələri ilə zəngindir: C, E, K vitaminləri, kalium, maqnezium, dəmir, folat, sink. Üstəlik, tərkibində daha çox həll olunmayan lif var ki, bu da vücudunuzun ehtiyac duyduğu miqdarda lif almasına kömək edir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта