RU

Əraqçi ABŞ ilə nüvə sazişi üzrə danışıqları şərh etdi

BAKI, 26 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların gedişindən razıdır.

Teleqraf xəbər verir ki, nazir bu barədə danışıqların üçüncü raundundan sonra jurnalistlərlə söhbətində danışıb.

"Biz danışıqların gedişindən razıyıq, hər iki tərəf ciddidir. Razılaşmaya nikbin baxıram, amma ehtiyatlıyam", - Əraqçi qeyd edib.

Əraqçi həmçinin bildirib ki, dialoq daha ciddi atmosferdə keçsə də, bəzi fikir ayrılıqları yaranıb, ona görə də tərəflər daxildə əlavə məsləhətləşmələr aparmalıdırlar.

Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri dialoqun növbəti raunduna qoşula bilərlər.

"İndi biz tədricən ümumi məsələlərdən kənara çıxır və təfərrüatlara keçirik. Bu gün iqtisadi məsələlər üzrə ekspertlərimiz var idi. Düşünürəm ki, növbəti görüşdə BAEA-nin ekspertləri də bizə qoşulacaq", - nazir deyib.

Избранный
68
8
teleqraf.com

10Источники