RU

Ağır yol qəzaları: ölənlər və yaralananlar varVİDEO

Sabirabadda yolu keçmək istəyən piyada həyatından olub.

Xezerxeber.az-ın məlumatına görə, piyadanın vurulması təhlükəsizlik kamerasına düşüb.

İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 49 yaşlı Ruhiyyə Əliyevanı vurub. O,  aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

4 gün əvvəl atasının maşınında qəzaya düşən oğlan isə xəstəxanada ölüb.

Aprelin 22-si gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində  44 yaşlı Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sol kənarındakı ağaca çırpması nəticəsində sürücünün ölməsi barədə məlumat vermişdik.

Onu da qeyd etmişdik ki, sürücünün 9 yaşlı oğlu Kənan Şirəlizadə və azyaşlının xalası oğlu 15 yaşlı Fəqan Qocayev ağır xəsarət alaraq xəstəxanaya  yerləşdiriliblər. Açıq beyin travması alan  9 yaşlı Kənan həkimlərin səyinə baxmayaraq ölüb.15 yaşlı Fəqan Qocayevin isə vəziyyəti yaxşılaşdığı üçün reanimasiyadan cərrahiyə şöbəyəsinə köçürülüb vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Şamaxıda isə mikroavtobusun aşması nəticəsində 7 məktəbli xəsarət alıb.

Hadisə Şamaxının Hacıqədirli kəndi ərazisində baş verib. Mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə başqa xəsarətlər qeydə alınıb. Xəsarət alan şəxslər Ağsu rayonu, Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Lənkəranda da yol-nəqliyyat hadisəsi  baş verib. Ər və arvad xəsarət alıb.

Hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan  minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 28 yaşlı Xəyyam Balayevin idarə etdiyi minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində  olan Astara rayonunun Maşxan kənd sakinləri 45 yaşlı Şölə Novruzova və onun həyat yoldaşı 54 yaşlı İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Избранный
17
50
xezerxeber.az

10Источники