RU

İngiltərə klubunun radarında

“Parma”nın italiyalı forvardı Ange-Yoan Bonni “Nottinqem Forest”in diqqətini çəkib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun sözlərinə görə, İngiltərə klubu uzun müddətdir ki, hücumçunun çıxışını izləyir. “Meşəçilər”in nümayəndələri qışda Bonni ilə müqavilə imzalamaq istəyiblər.

21 yaşlı Bonni bu mövsüm 33 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir.

Избранный
13
futbolpress.az

1Источники