RU

Starmer və Zelenski Ukrayna nizamlanması üçün gələcək addımları müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü Ukrayna böhranının həlli ilə bağlı gələcək təşəbbüsləri müzakirə ediblər.

“Report” bu barədə “The Guardian”a istinadən xəbər verir.

“Starmerlə Zelenski son günlər Ukraynada ədalətli və davamlı sülhə doğru əldə olunan irəliləyişi müzakirə ediblər”, – nəşr bildirib.

Qeyd edək ki, liderlər Vatikanda Papa Fransiskin dəfn mərasimində bir araya gəliblər.

Избранный
7
50
report.az

10Источники