RU

İranda partlayışın ilkin səbəbi bilinib - ölənlər var, yaralananların sayı 561-ə çatıbYENİLƏNİB-6

İranda partlayış nəticəsində azı 4 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.

İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.

16:05

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

15:19

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 406 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

14:56

İranın Bəndər Abbas şəhərində, Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Xezerxeber.az-ın "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

14:48

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 195 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

14:08

İranın Şəhid Rəcai limanında baş verən partlayışda ilkin məlumata görə, 47 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

13642

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

Xezerxeber.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki, məlum deyil.

Hadisənin səbəbi və itkilər barədə məlumat verilməyib.

  • İranda
Избранный
20
33
xezerxeber.az

10Источники