RU

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Bakı. Trend:

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsihəm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburiolacaq.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziriAleksandr Tsuladze deyib.

Onun sözlərinə görə, bu qərar 2025-ci ilin sentyabrında qüvvəyəminəcək.

Nazir deyib ki, kompüter texnologiyası 10-cu sinfə qədərşagirdlər üçün icbari fənn olacaq. Son iki ildə - 11 və 12-cisiniflərdə fənnin dərindən öyrənilməsi seçmə xarakter daşıyacaq.Məktəblər bunun üçün lazım olan bütün kompüter avadanlığı iləmərhələli şəkildə təmin olunacaq.

Nazir əlavə edib ki, bu tədris ilində Gürcüstanda 100-ə qədərməktəb təmir edilərək tikilib və lazımi infrastrukturla təminolunub. Gələn il də nazirlik məktəblərin yenilənməsini eyni yüksəktemplə davam etdirəcək.

2025-ci ilin sonuna kimi daha 50 məktəb tikiləcək və əsaslıtəmir ediləcək.

Qeyd edək ki, Gürcüstanda məktəb təhsili 12 il davam edir vəibtidai, əsas və orta təhsilə bölünür. İbtidai təhsil 1-6-cısinifləri, əsas təhsil 7-9-cu sinifləri, orta təhsil isə 10-12-cisinifləri əhatə edir.

Избранный
7
6
az.trend.az

7Источники