RU

Basketbol: “Sabah” “Şəki”yə ilk oyunda qalib gəldi

Kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində bir qarşılaşma baş tutub.

Yeganə qarşılaşma Bakı İdman Sarayında keçirilib. Son çempion “Sabah” “Şəki”ni sınağa çəkib. İlk dəqiqələrdən üstünlüyü ələ almış Bakı klubu yarımfinal seriyasına inamlı qələbə ilə başlayıb.

Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər matçında “Neftçi” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Azərbaycan Basketbol Liqası
Yarımfinalın ilk oyunu
26 iyun

“Sabah” – “Şəki” 86:73 (20:14, 25:20, 23:19, 18:20)
Bakı İdman Sarayı.

Избранный
18
arena.az

1Источники