RU

Tövlə yandı, heyvanlar tələf oldu - Foto

Yevlaxın Dəlləklər kəndində tövlə yanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın hadisəsi Aqil Əhmədova məxsus tövlədə baş verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovu ram edərək, 110 m² olan tövlə sahəsinin 50 m² hissəsini yanğından mühafizə edib. Alovun bürüdüyü əsas hissədə isə yanan konstruksiyalarla yanaşı 4 baş iri buynuzlu heyvan yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
1
axar.az

6Источники