Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması barədə hesabat verib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “RİA Novosti”-yə istinadən məlumat verib.
“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayətinin ukraynalı neonasistlərdən azad edilməsi əməliyyatının başa çatması barədə məruzə edib”, - məlumatda deyilir.
Prezidentin mətbuat katibi başqa təfərrüatları açıqlamayıb.