Cari mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq “Bayer Leverkuzen”in müdafiəçisi Conatan Ta bir neçə həftədir “Barselona” şifahi razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.
Onun sözlərinə görə, Kataloniya klubuna keçid indiki mərhələdə tamamlana bilməz. Hələlik tərəflər arasında rəsmi sənəd imzalanmayıb.
Almaniyalı futbolçu ilə “Real” da maraqlanır. Bu seçim komandaya yayda “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonso komandanın “sükanı arxasına” keçəcəyi təqdirdə uyğun ola bilər.
Tanı “Bayern”də rəhbərliyi də heyətə qatmaq istəyir.