İtaliya klubu "Komo" Kevin De Bruyne ilə maraqlanmır.

Offsideplus.az xəbər verir ki, "Çelsi" də belçikalını futbolçunu transfer etməyi düşünmür. "Çikaqo Fayr" isə onunla maraqlanan klublardan biridir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

De Bruyne cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq. "Şəhərlilər" ona yenə müqavilə təklif etməyib.