RU

Azərbaycanda kredit sığortası üzrə yığımlar və ödənişlər artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmışsığorta haqlarının həcmi 1,4 milyon manat təşil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə208 min manat və ya 17,9% çoxdur.

Belə ki, ötən ilin ilk üç ayında Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmışsığorta haqlarının həcmi 1,2 milyon manat olub.

Yanvar-mart aylarında bu sığorta sinifi üzrə sığortaödənişlərinin həcmi 22 min manat olub ki, bu da, illik müqayisədə 2min manat və ya 10% çoxdur.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrəödənilmiş sığorta ödənişlərinin həcmi 20 min manat idi.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqıtoplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödənişedib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7%çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığortahaqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1manat sığorta ödənişi edilib.

Избранный
13
5
az.trend.az

6Источники