Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsi keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov halqalarla hərəkətdə finala yüksəlib.
O, təsnifatda 14,000 xal toplayaraq dördüncü nəticə göstərib.
Beləliklə, Simonov Dünya kubokunun növbəti mükafatı uğrunda mübarizə aparmaq şansı qazanıb. O, əvvəlki mərhələlərin hamısında medallar qazanaraq hazırda seriyanın lideridir.
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb
Selcan Mahsudovadan bürünc medal
Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb
Təmsilçimiz Dünya kubokunda final mərhələsinə yüksəlib
Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar