Aprel ayının bitməsinə son günlər qalıb. 26-30 aprel arası astroloji baxımdan bəzi bürclərə sağlamlıq mövzusunda daha diqqətli olmaq tövsiyə olunur.
Bizim.Media xəbər verir ki, bu ayın sonu ümumən bahar allergiyası, dəyişkən hava səbəbilə soyuqdəymə riski yüksəkdir.
Bu hal bütün bürclərdən daha çox özlərinə diqqət etmək tələb etsə də bəzi bürclər sağlamlıqlarına ikiqat həssas yanaşmalıdırlar.
Bunlara buğa, əqrəb, dolça və şir bürcləri aiddir. Belə ki, hazırda günəş Buğa bürcündədir, bu səbəbdən buğalar bədənlərinə daha çox diqqət etməlidir. Xüsusən boğaz, boyun, tənəffüs yolları həssas ola bilər.
Əqrəblər üçün emosional gərginlik və stress immunitet sistemini zəiflədə bilər. Dincəlmək və psixoloji rahatlıq vacibdir.
Dolçalar sinir sistemi və qan dövranı problemlərinə qarşı diqqətli olmalıdır. Yorğunluqdan qaçmaq və normal yuxu rejimi saxlamaq önəmlidir.
Şir bürcündə olanlar ürək və qan təzyiqi problemlərinə qarşı ehtiyatlı olmalıdırlar. Gərgin fiziki fəaliyyətlərdən bir az uzaq durmaq tövsiyə olunur.
Bizim.Media