RU

Birinci rübdə Azərbaycanda həyatın yaşam sığortası üzrə yığım və ödənişlər artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə həyatın yaşam sığortası üzrə 168,5 milyonmanat sığorta haqqı toplanıb, 107,4 milyon manat isə sığortaödənişi edilib.

Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından(AMB) məlumat əldə edib.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu növsığorta üzrə yığımlar 23,5 milyon manat və ya 16,2%, ödənişlər isə11,7 milyon manat və ya 12,2% artıb.

Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Azərbaycandakısığorta şirkətlərinin xətti ilə həyatın yaşam sığortası üzrə 145milyon manat sığorta haqqı toplanıb, 95,7 milyon manat isə sığortaödənişi edilib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqıtoplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya26 milyon manat çoxdur.

Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödənişedib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7%çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığortahaqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1manat sığorta ödənişi edilib.

Избранный
17
4
az.trend.az

6Источники