"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta bir neçə həftə əvvəl "Barselona"ya keçməyə razılaşıb.
90deqiqe.Az “Sky Sports”a istinadən xəbər verir ki, tərəflər hələlik heç bir sənəd imzalamayıblar; yalnız şifahi razılığa gəlib.
Tanın futbolçunun xidmətində "Real Madrid" və "Bavariya" da maraqlıdır.
Leverkuzenlilərin hazırkı baş məşqçisi Xabi Alonso da "Real"ı tərk edə bilər ki, bu da Tanın qərarına təsir edə bilər.
Bu mövsüm Ta bütün klub yarışlarında 45 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. 29 yaşlı futbolçunun transfer dəyəri 30 milyon avrodur.
Daha əvvəl məlum olmuşdu ki, futbolçu hələ "Bayer"lə yeni müqavilə barədə razılığa gəlmədiyi üçün mövsümün sonunda Almaniya klubunu tərk edəcək.