RU

Bakıda qalmaqallı avtobus sürücüsü piyadanı DÖYÜB – VİDEO

Bakıda avtobus sürücüsü piyadanı döyüb.

Bizim.Media xəbər verir ki, "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb.
 

Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.


Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub.

Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrut bu ilin mart ayında qəza törədib.

Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzov avtobusu hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında park halında olan avtomobillərə çırpıb. (Siqnal)



Bizim.Media

Избранный
7
bizim.media

1Источники