Türkiyənin Konya rayonunda ardıcıl iki zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla səhər saat 07:16-da Konyada 3,9 bal gücündə zəlzələ baş verib.
Sonrakı saatlarda isə 3,6 bal gücündə daha bir zəlzələ meydana gəlib.