RU

Droqba Messiyə bunu məsləhət gördü

style='margin-bottom:10px;'>

"Çelsi"nin keçmiş hücumçusu Didye Droqba "Qızıl top"un səkkizqat qalibi, hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi haqda danışıb.

QOL.az xəbər verir ki, o, 37 yaşlı forvarda karyerasını bitirməyi məsləhət görüb:

"Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim. O, artıq futbol üçün çox şey edib. Argentina millisi ilə son dünya çempionatını qazanmaqları onu daha da əfsanəvi etdi. Messi heyrətamiz oyunçudur".

Qeyd edək ki, Lionel 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.

Избранный
18
2
teleqraf.com

5Источники