Bakış Trend:
Premyer Liqada 32-ci tur davam edir.
Trend xəbərverir ki, bu gün turun daha bir oyunu keçiriləcək.
“Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnircədvəlində ikincidir.
Bugünkü matçda qələbə qazanacağı halda “Kəpəz” turnir cədvəlindəbir pillə irəliləyəcək. “Zirə” isə səfərdə ən azı 1 xal qazansa,həm medalçılar sırasında olmağı, həm də avrokuboklara vəsiqənitəmin edəcək.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin aşkarüstünlüyü var. Rəşad Sadıqovun komandası rəqibini 4, 3 və 2cavabsız qolla üstələyib.
26 aprel
19:00. “Kəpəz” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, KamranbəyRəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu
27 aprel
17:30. “Səbail” - “Araz-Naxçıvan”
20:00. “Sabah” - “Qarabağ”
28 aprel
20:00. “Sumqayıt” - “Neftçi”
25 aprel
“Turan Tovuz” - “Şamaxı” - 1:1