Dünən Çində Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq olub.
Xəbər verdiyimiz kimi, dünən Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Operativ Media xəbər verir ki, müsahibə zamanı dövlət başçısı ilə çinli jurnalist arasında çayla bağlı maraqlı dialoq yaşanıb.
Həmin dialoqun videosunu təqdim edirik:
Prezident İlham Əliyevlə çinli jurnalist arasında dialoq:
? Operativ Media (@operativmedia) April 25, 2025
- Mən ilk dəfədir Azərbaycan çayının dadına baxıram, stəkanınız çox gözəldir
- Bu bizim milli stəkandır, çayı isti saxlayır, çünki biz adətən isti çay içirik pic.twitter.com/qWLyNFZaEx