RU

Britaniya şahzadəsi Endryunu təcavüzdə ittiham edən Virciniya Cuffre intihar edib

Britaniya şahzadəsi Endryunu cinsi təcavüzdə ittiham edən amerikalı Virciniya Cuffre intihar edib. Bu barədə NBC telekanalı məlumat yayıb.

“Ömrü boyu cinsi istismar və insan alverinin qurbanı olmuş Virciniya Cuffre intihar edib”, – deyə məlumatda qeyd olunur.

2021-ci ildə Cuffre Britaniya kralı III Çarlzın kiçik qardaşı, York hersoqu şahzadə Endryu barəsində məhkəməyə müraciət etmişdi. O, 17 yaşında olarkən amerikalı maliyyəçi Ceffri Epşteyn tərəfindən müxtəlif kişilərlə, o cümlədən şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirmişdi.

Избранный
14
apa.az

1Источники